14-15 may 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində (NDU) “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda III Beynəlxalq Elmi konfrans keçiriləcək.
Konfransın məqsədi süni intellekt istiqamətində aparılan elmi tədqiqatların nəticələrinin paylaşılması, alim və mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi, həmçinin nəzəri yanaşmaların real sektor və müxtəlif tətbiq sahələri ilə inteqrasiyasını gücləndirməkdir.
Tədbirdə yerli və xarici universitetlərin alimləri, tədqiqatçılar, doktorant və magistrantlar, həmçinin müvafiq sahə üzrə mütəxəssislər iştirak edəcəklər.
Konfransda iştirak etmək arzusunda olanlar ətraflı məlumatı konfrans.ndu.edu.az saytından əldə edə bilərlər.