A

UNEC-in Zaqatala filialında Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr  olunan “Müasir iqtisad elminin aktual problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:

I BÖLMƏ: “İdarəetmə elminin aktual problemləri”

II BÖLMƏ: “Maliyyə, mühasibat uçotu və audit elminin inkişafının müasir mərhələsi”

III BÖLMƏ:  “İqtisadi, enerji və ərzaq təhlükəsizliyi problemləri”

IV BÖLMƏ: “İqtisadi inkişafda insan kapitalı: problemlər və perspektivlər”

Konfrans 11 iyun 2019-ci il tarixində saat 10.00-da keçiriləcək.

Bölmələrdə ediləcək məruzələr tezislər əsasında proqrama daxil ediləcək.  Tezislərinizi (1 səhifə həcmində, 12 şriftlə) 3 iyun 2019-cu il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərə bilərsiniz.

Məsul şəxs: Aydın Abdullazadə

Əlaqə: (012) 492-72-98

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay