A

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin doktorantı Rəsul Yusibovun “GREEN ENERGY TRANSFORMATION IN POST-WAR KARABAKH: PATHWAYS TOWARD SUSTAINABLE RECONSTRUCTION AND REGIONAL DEVELOPMENT” adlı elmi məqaləsi Rumıniyanın International Danubius University of Galați universitetinin elmi jurnalı olan “International Journal of Accounting and Management” jurnalında nəşr olunub.

Qeyd edək ki, jurnal RePEc, ProQuest, DOAJ, EBSCO, ERIH PLUS və digər nüfuzlu beynəlxalq elmi bazalarda indekslənir.

Məqalədə post-müharibə dövründə Qarabağın qarşısında duran əsas çağırışlar – genişmiqyaslı infrastrukturun bərpası ilə yanaşı, dayanıqlı və aşağı karbonlu enerji sisteminin formalaşdırılması məsələləri araşdırılıb. Tədqiqatın məqsədi Qarabağda yaşıl enerji transformasiyası potensialının qiymətləndirilməsi və bərpa prosesinə bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün dayanıqlı inkişaf yollarının müəyyənləşdirilməsidir.

ELMİ MƏQALƏ

MƏQALƏ (PDF)

TOP XƏBƏRLƏR