Fevralın 13-də Mingəçevir şəhərində Mingəçevir Dövlət Universiteti (MDU) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu - 2026” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetini Keyfiyyət təminatı şöbəsinin əməkdaşları Leyla Cəfərova və Günay Tahirova təmsil ediblər.
Forum ali təhsil müəssisələrində keyfiyyət təminatı, beynəlxalq akkreditasiya mexanizmləri, qlobal standartlara uyğunlaşma və innovativ idarəetmə yanaşmalarının müzakirəsinə həsr olunub. Forumun əsas məqsədləri sırasında qlobal trendlərin təhlili, yerli təcrübənin qiymətləndirilməsi və qarşıdakı çağırışlara uyğun yeni yanaşmaların inkişaf etdirilməsi yer alıb.
Məlumat üçün qeyd edək ki, forumda 29 ali təhsil müəssisəsinin, 36 ümumtəhsil və peşə təhsili müəssisəsinin, həmçinin 24-dən çox şirkət və təşkilatın nümayəndələri iştirak edib.