A

UNEC-in yeni elmi nəşrlərindən biri olan International Journal of Gender Knowledge and Social Futures jurnalının ilk sayı işıq üzü görəcək.

Gender tədqiqatlarına həsr olunmuş beynəlxalq elmi jurnal UNEC Xanım Tədqiqatçılar Şurası (Women Researchers Council – WRC) tərəfindən təsis edilib. Nəşrin əsas məqsədi gender araşdırmaları sahəsində nəzəri və empirik baxımdan əsaslandırılmış, metodoloji cəhətdən güclü və elmi yeniliklə seçilən tədqiqatların elmi ictimaiyyətə təqdim olunmasıdır.

Jurnalın ilk sayı üçün artıq dünyanın bütün qitələrindən çoxsaylı məqalələr daxil olub ki, bu da nəşrə beynəlxalq marağın yüksək olduğunu göstərir. Məqalələr ciddi rəy prosesi əsasında seçilərək dərc ediləcək.

“International Journal of Gender Knowledge and Social Futures” açıq giriş prinsipi ilə fəaliyyət göstərəcək və Creative Commons 4.0 lisenziyası ilə qorunur. Nəşr prosesi Open Journal Systems (OJS) əsasında qurulmuş UNEC Journals platforması üzərindən həyata keçirilir ki, bu da şəffaflıq və əlçatanlıq baxımından beynəlxalq standartlara uyğun idarəetməni təmin edir.

Jurnal ilə bağlı ətraflı məlumat almaq və əlaqə saxlamaq üçün:

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR