Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu, Aprel döyüşlərinin şəhidi Mahir Mirzəyevin doğum günü münasibətilə fakültə kollekitivi və tələbələri şəhidin məzarını ziyarət edib.
Anım mərasimində UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Rahim Mürsəlov tələbələr ilə birgə şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.