A

İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiElm və Ali Təhsil üzrə Dövlət Agentliyi və beynəlxalq “Ironhack” tədris şirkətinin birgə təşkil etdiyi “IT SkillSprint” intensiv təhsil proqramının açılış mərasimi keçirilib.

İntensiv təhsil proqramı ölkəmizdə informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını, gənclərin müasir rəqəmsal bacarıqlara yiyələnərək əmək bazarına daha çevik şəkildə daxil olmalarını hədəfləyir.

Müsabiqədən keçən 123 qalib arasından 27 nəfərin məhz UNEC tələbəsi olması tələbələrimizin İT sahəsindəki yüksək bilik və bacarıqlara sahib olmasını bir daha təsdiqləyib.

Proqram çərçivəsində tələbələr proqramlaşdırma, veb inkişafı və data analitikası kimi prioritet istiqamətlər üzrə beynəlxalq standartlara uyğun praktik təlimlər keçəcək, real layihələr üzərində işləyərək İT bacarıqlarını inkişaf etdirəcəklər.

Açılış mərasimində iştirak edən UNEC-in rektoru, professor Ədalət Muradov qalib tələbələrlə görüşərək bu böyük uğur münasibətilə onları təbrik edib, bu növ təşəbbüslərin gənclərin müasir əmək bazarının tələblərinə uyğun rəqabətədavamlı kadr kimi yetişməsində mühüm rol oynadığını vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay