SON 5 GÜN
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilib.
Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaqdır. Belə ki, müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafata sahib olacaq.
Finala çıxmış komandalara Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 3 günlük mentorluq və müxtəlif təlimlər keçiriləcəkdir.
“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafiki aşağıdakı kimidir:
- 16 aprel – 5 may – Biznes ideyaların qəbul edilməsi
- 6 may – 12 may – Təqdim edilən biznes ideyaların Ekspert Şurası tərəfindən dəyərləndirilməsi və 5 finalçının müəyyənləşdirilməsi
- 14 may - 16 may - Finalçılara mentorluq və təlimlərin keçirilməsi
- 20-23 may tarixləri arasında – Final mərhələsi və Mükafatlandırılma
Finala çıxmış biznes ideyaların təqdimatı və Münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.
Biznes ideyalar təqdim edilməsi barədə tələblər:
- İdeyaların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu
- Modern, orijinal, kreativ və aktual yanaşma
- Layihənin daxili bazarda tətbiqinin reallığı
- Layihənin formatı (esse, təqdimat, video-çarx və digər)
- Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı
İdeyalarınızı 5 may 2019-cı il tarixinə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərə bilərsiniz.
Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.