A

UNEC-də təsdiq olunmuş "Oxu mədəniyyəti" Tədbirlər Planı çərçivəsində növbəti ustad dərslər sahibkar və biznes planlama üzrə ekspert Cavid Abbasovun iştirakı ilə olacaq.

"Aromaks" markasının yaradıcısı və "Saff International Group Dış Ticaret" firmasının direktoru Cavid Abbasov 20 dekabr, saat 10:30-da UNEC tələbələri ilə görüşərək, onlara uğurlu biznes planların hazırlanması üçün tələb olunan əsas kriteriyalar, fürsətlərin dəyərləndirilməsi və biznes ideyalarının reallaşdırılması ilə bağlı yeni tendensiyaları və təcrübələlərini bölüşəcək.

Tədbir UNEC-in əsas tədris binasının Ağ zalında təşkil olunacaq.

TOP XƏBƏRLƏR