Martın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində UNEC ilə Almaniyanın Siegen Universitetinin magistrlərinin birgə iştirakı ilə Yaz Məktəbi təşkil olunacaq.
Yaz məktəbi dörd gün davam edəcək və UNEC ilə Siegen Universitetinin birgə layihəsi olan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində keçiriləcək. Mühazirələr Siegen Universitetinin professoru Petra Moog tərəfindən aparılacaq.
Yaz məktəbində iştirak etmək üçün əsas tələblər UNEC-in magistri olmaq və ingilis dilində sərbəst danışa bilməkdir.
Müraciət üçün sənədlər:
- Biznes ideya (1 səhifəlik);
- Transkript (orta bal göstərilməklə);
- CV.
İştirakçılar müsahibə yolu ilə seçiləcəklər.
Yaz məktəbinin içtirakçıları kredit və sertifikat əldə edəcək. Həmçinin yaz məktəbinin nəticələrinə görə iştirakçılar Almaniyada təşkil olunacaq qış məktəbində də iştirak etmək şansı əldə edəcəklər.
Sənədlərin son qəbul tarixi: 12 mart 2018-ci il
Ünvan: UNEC, əsas tədris binası, İstiqlaliyyət 6, 115-ci otaq, Afət Ələkbərova, 492-60-45, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.