A

UNEC-in professor-müəllim heyətinin Azərbaycanın bölgələrinə səfərləri davam edir.

UNEC-in təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, orada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan növbəti səfər Quba, Qusar və Xaçmaz rayonlarına olub.

“Riyaziyyat” kafedrasının müdiri, professor Natiq Əhmədov, “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Nizami Xudiyev və “Standartlaşdırma və sertifikasiya” kafedrasının professoru Nurəddin Nuriyev həmin rayonların aparıcı məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.

Şagirdlərə UNEC-də I, II, IV və V ixtisas qrupları üzrə fakültələr və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Təhsilin 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparıldığı, tədris prosesinin tamamilə elektronlaşdırıldığı, bütün auditoriyaların elektron tribuna və proyektorlarla təchiz edildiyi qeyd edilib. UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə proqramları və onların qazandırdıqları üstünlüklər şagirdlərin diqqətinə çatdırılıb. Beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 AZN həcmində xüsusi təqaüd verildiyi, həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbənin universitet hesabına ikinci əlaçı təqaüdü qazanmasını şagirdlər maraqla qarşılayıb.

Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün UNEC-in 24/7 kitabxanası, Yaradıcılıq Mərkəzi, Radio UNEC və İdman Klubunun fəaliyyətindən də bəhs olunub.

Sonra şagirdlərə bukletləri paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay