UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazov, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri Elşən Məmmədov və fakültənin tələbələri Sumqayıt şəhərinin 33 və 34 nömrəli tam orta məktəblərinin abituriyentləri ilə görüş keçiriblər.
Görüş zamanı abituriyentlərə universitetin missiyası, əsas dəyərləri, beynəlxalq əməkdaşlıq və reytinqlərdə mövqeyi, eləcədə tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri barədə məlumat veriblər. Bununla yanaşı abituriyentlərə universitetdəki ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, həyata keçirilən təqaüd, beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.
Abituriyentlərlə interaktiv formatda keçirilən görüşdə UNEC tələbələri də universitet həyatına dair təcrübələrini bölüşüblər.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.