A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının əməkdaşları bir sıra orta məktəblərdə abituriyentlərlə görüş keçiriblər.

Görüşlər Abşeron rayonu 307 və 112 nömrəli, Nərimanov rayonu 47 nömrəli, eləcə də Nizami rayonu 61 nömrəli tam orta məktəblərdə təşkil olunub. Tədbirlərdə kafedranın dosentləri Vildan Rizayeva, Günay Pənahova, İlhamə Mahmudova və müəllim Rəna Musayeva iştirak ediblər.

Görüşlərin məqsədi yuxarı sinif şagirdlərini UNEC-in ixtisasları, qəbul qaydaları, beynəlxalq proqramları və tələbə həyatı barədə məlumatlandırmaq olub.

Tədbir zamanı məktəblilərə UNEC-in tarixi, fakültələri, ixtisasları, təhsil imkanları, beynəlxalq proqramlar, tələbə həyatı, təqaüd sistemləri, Kitabxana-İnformasiya Mərkəzi və tələbə təşkilatları haqqında ətraflı məlumat verilib.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb, UNEC məzunlarının əmək bazarındakı uğurları və gələcək karyera imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR