Biznes və menecment fakültəsinin professor-müəllim heyəti Bakı şəhərində fəaliyyət göstərən 13, 20, 42, 60, 167, 245, 189-190 nömrəli və Bakı Slavyan Universiteti nəzdində məktəb-liseylərin şagirdləri ilə görüşlər keçiriblər.
Abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar və qazandırdığı üstünlüklər, eləcə də daxili və xarici əmək bazarında tələbatı barədə məlumatlar verilib. UNEC məzunlarının işlə təmin olunması, karyera imkanlarından danışılıb. Nümayəndə heyəti məktəbliləri universiteti daha yaxından tanımaq üçün “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət edib.
Görüşlərdə şagirdlərin UNEC-in xisusi təqaüd, xarici universitetlərlə ikili diplom proqramları, ixtisaslar, keçid balları barədə sualları cavablandırılıb.
Məktəblilərlə keçirilən görüşlərdə UNEC-i “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyev, kafedranın dosenti Pikəxanım Xudiyeva, “Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov, kafedranın dosenti Vüqar Nəsibov, “Riyaziyyat” kafedrasının müdiri, professor Natiq Əhmədov, “Biznesin idarə edilməsi” kafedrasının baş müəllimləri Vəli Həziyev və Hicran Muradova təmsil ediblər.