A

UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli 193 nömrəli "UNEC-in tanıtım kompaniyası haqqında" qərarının icrasına uyğun olaraq, “UNEC haqqında məlumatların məktəblərə onlayn qaydada çatdırilmasına dair" sərəncamının yerinə yetirilməsi ilə əlaqədar olaraq Bakı şəhərində yerləşən 287 №li “Zəkalar” liseyinin şagirdləri ilə onlayn görüş baş tutub.

Sosial iş üzrə ixtisaslaşdırılmış 10-cu siniflərdəki görüş UNEC-in "İqtisadiyyat" kafedrasının müəllimi Əlizadə Günay tərəfindən keçirilib.

Görüşdə müəllimlər şagirdlərə bütün ixtisas qrupları üzrə, fakültələr və tədris olunan ixtisaslar barədə ətraflı məlumat veriblər. Təhsilin 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparıldığı, tədris prosesinin tamamilə elektronlaşdırıldığı qeyd edilib. UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə proqramları və onların qazandırdıqları üstünlüklər də şagirdlərin diqqətinə çatdırılıb. Onlayn görüşdə beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 manat xüsusi təqaüdün verilməsi, həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlaçı təqaüdünün verilməsi haqqında məlumat verilib.

Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və çoxsaylı suallara cavab verilib.

Onlayn görüşdə liseyin təlim tərbiyə işləri üzrə direktor müavini Lalə Yusifova da iştirak edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay