A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının ixtisas rəhbərləri, i.f.d., dosentlər Vildan Rizayeva və Günay Pənahova Bakı şəhəri Nərimanov rayonu 39 nömrəli tam orta məktəbin 10 və 11-ci sinif şagirdləri ilə görüş keçiriblər.

Görüşün məqsədi abituriyentləri UNEC-in beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətləri, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün yaradılmış akademik mühit barədə məlumatlandırmaq olub. Eyni zamanda fakültə üzrə mövcud ixtisas istiqamətləri, təhsil imkanları və məzunların karyera perspektivləri abituriyentlərin diqqətinə çatdırılıb.

Sonra UNEC-in təhsil imkanları, qəbul və imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, UDİD, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı və elektron kitabxana barədə ətraflı məlumat veriblər.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR