UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov və Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi, fakültə TEC-nin sədri Hüseynəli Mehdiyev abituriyentlərin universiteti daha yaxından tanıması məqsədilə Bakı şəhərində yerləşən 20 saylı məktəb-liseyin abituriyentləri ilə görüş keçiriblər.
Görüş zamanı abituriyentlərə UNEC-də tətbiq olunan innovativ idarəetmə sistemi, tədris və imtahan prosesinin təşkili, tələbələr üçün nəzərdə tutulan xüsusi təqaüd imkanları, mübadilə və beynəlxalq ikili diplom proqramları, UDİD və MİNOR proqramları, eləcə də Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti barədə geniş məlumat təqdim olunub.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.