UNEC Rus İqtisad Məktəbinin (RİM) nümayəndələri direktor müavini Anar Eyyubov və “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Rauf Salayev abituriyentlərlə iş proqramı çərçivəsində 6 nömrəli məktəb-liseydə abituiyentlərlə görüş keçirib.
Görüş zamanı abituriyentlərə UNEC-in missiyası və əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi və əldə etdiyi nailiyyətlər, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, mövcud ixtisaslar barədə ətraflı məlumat verilib. Eyni zamanda UNEC-də tətbiq olunan innovativ idarəetmə sistemi, tədris və imtahan prosesinin təşkili, tələbə təqaüdləri, mübadilə və beynəlxalq ikili diplom proqramları, ,Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti, eləcə də universitetdə fəaliyyət göstərən tələbə təşkilatları haqqında təqdimat aparılıb.
Rauf Salayev çıxışında maliyyə və mühasibatlıq ixtisaslarının əmək bazarındakı perspektivlərindən bəhs edib, həmçinin universitetdə fəaliyyət göstərən virtual maliyyə laboratoriyası haqqında şagirdlərə məlumat verib.
Görüşün sonunda abituriyentləri maraqlandıran sualları cavablandırılıb.