A

“UNEC-in gənc müəllimləri” layihəsini TUDİFAK müəllimləri ilə davam edirik. Layihənin növbəti iştirakçısı İlkin Məmmədovdur.

İlkin Məmmədov: “Təhsilə verilən dəyər cəmiyyəti və ölkəni inkişaf etdirən əsas amildir”

İlkin Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) “Biznesin təşkili və idarə olunması” ixtisası üzrə bakalavr təhsili alıb.

Sonra “Biznesin idarəedilməsi” ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.

Hazırda Türkiyənin İstanbul Universitetində doktorantura təhsili alır.

2017-ci ildən UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində mütəxəssis olaraq çalışır.

Son 2 ildə nüfuzlu beynəlxalq elmi platformalarda (SCOPUS, Web of Science) yer alan elmi jurnal və konfranslarda 5 elmi məqaləsi nəşr olunub.

Ənənəvi olaraq hər il UNEC-də keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransının təşkilat komitəsinin sədridir.

2018-ci ildən "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimidir.

Azərbaycan, türk və ingilis dillərini bilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay