A

“UNEC-in gənc müəllimləri” layihəsi davam edir. Layihənin budəfəki iştirakçısı Etimad Rəhimlidir.

Etimad Rəhimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində “Biznesin idarə edilməsi” (türk dilində) ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2018-ci ildən Türkiyənin İstanbul Universitetinin “İqtisad” ixtisası üzrə doktorantıdır.

 “2019-2023-cü illər ərzində Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı qazanan gənc müəllimlərdəndir.

UNEC-də pedaqoji fəaliyyətdə olduğu müddətdə bir neçə beynəlxalq indeksli xarici jurnallarda elmi məqalələri dərc olunub.

UNEC-in "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimidir. Türk Dünyası İqtisad Fakültəsində dərs deyir.

Azərbaycan, ingilis, türk dillərini bilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay