A

“UNEC-in gənc müəllimlərini tanıyaq” layihəsinə yenidən start verilir.

Layihənin məqsədi UNEC-in gənc müəllimlərini tanıtmaq, onların pedaqoji və elmi nailiyyətləri barədə məlumatları paylaşmaqdır.

Layihənin budəfəki iştirakçı Cavid Süleymanlıdır.

C.Süleymanlı bakalavr təhsilini UNEC-də “menecment” ixtisası, magistr təhsilini isə Türkiyənin Marmara Universitetində “Beynəlxalq siyasi iqtisadiyyat” ixtisası üzrə alıb.

O, 2018-ci ildə Türkiyənin İstanbul Universitetində “İqtisadiyyat” ixtisası üzrə doktorantura təhsilinə başlayıb, 2020-ci ildən etibarən doktorantura təhsilini “2019-2023-cü illər üzrə Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində davam etdirib.

2022-ci ildə “Kosmos iqtisadiyyatı və onun həcminə təsir edən faktorların ekonometrik qiymətləndirilməsi” adlı dissertasiya işini uğurla müdafiə edərək, 26 yaşında gənc alim kimi Dövlət Proqramının ilk məzunu adını qazanıb.

Pedaqoji fəaliyyətinə 2019-cu ildə (23 yaşında) TUDİFAK-da başlayıb. Yüksək impact faktorlu jurnallar da daxil olmaqla, 20-dən artıq elmi məqalənin müəllifidir.

2023-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən elm sahəsində əldə etdiyi uğurlarına görə “İlin gənci 2023” nominasiyasına layiq görülüb.

Hazırda İqtisadiyyat və texnoloji elmlər kafedrasının müəllimidir.

TOP XƏBƏRLƏR