A

“UNEC-in gənc müəllimlərini tanıyaq” layihəsinin növbəti iştirakçısı Leyla Həsənovadır.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb. Tbilisi Dövlət Universitetinin “Əmək iqtisadiyyatı” üzrə magistr proqramını bitirib. Tbilisi Dövlət Universitetinin Beynəlxalq Məktəbində layihə administratoru olub. ABŞ-ın Pitsburq Universitetində və Nyu-York ştatının Sirakus Universitetində (Syracuse University) Fulbright təqaüd proqramı üzrə təhsil alıb.

ABŞ-ın Pensilvaniya Ştatının Duquesne Universitetində “Peşəkar Koç” sertifikat proqramını bitirib.

Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Tacikistan filialında təlimçi kimi çalışıb. Ümid Babək Əməliyyat Şirkətinin (UBOC) Daşgil-2 Terminalında xərclərə nəzarət mühəndisi, bp Azərbaycan nəzdində “SAIPEM Contracting Netherlands B.V”də Səngəçal və Şahdəniz Layihələri üzrə layihə koordinatoru vəzifələrində çalışıb.

Hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “Makroiqtisadiyyat” və “İqtisadi fikir tarixi” fənlərini tədris edir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay