A

“Həftənin kitabı” layihəsi bu həftə “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat” kitabını təqdim edir.

Kitabın müəllifi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanov, elmi redaktoru UNEC rektoru professor Ədalət Muradovdur.

Monoqrafiyada yaşıl iqtisadiyyat paradiqmasının formalaşması və inkişaf istiqamətləri, ekoloji siyasət və ekoloji təhlükəsizlik məsələləri, iqtisadiyyatın “ekolojiləşdirilməsi”, “Yaşıl” energetikanın perspektivləri kimi bir-biri ilə çox əlaqəli mövzular elmi cəhətdən təhlil edilib. Bu mövzuların formalaşması tarixi, fəlsəfəsi, mahiyyəti və məzmunu tədqiq edilib, eləcə də Azərbaycanda yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi təcrübəsinin təhlili aparılıb.

271 səhifəlik “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və YAŞIL İQTİSADİYYAT” kitabı 2023-ci ildə “İZƏ” nəşriyyatında çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR