A

“Həftənin kitabı” layihəsi bu buraxılışını “Riyazi analizlə orta səviyyəli MİKROİQTİSADİYYAT” (“Intermediate Microeconomics with Calculus”) kitabına həsr edir.

Kitabın müəllifi Berklidə Kaliforniya Universitetinin professoru, uzun müddət Google-un reklam modeli və məlumat analizi praktikasının inkişafında mühüm rol oynamış, baş iqtisadçı kimi çalışmış, hazırda təqaüddə olan Verian R.Heldir (Hal R.-Varian).

Kitab orta səviyyə mikroiqtisadiyyat dərslikləri sırasında ən yaxşılardan biri kimi qiymətləndirilir. Məhz bu nəşrin sayəsində tələbələr əlavə ödəniş etmədən, Smartwork5, Norton's-un tapşırıq sistemi ilə problemləri onlayn, daha asan həll edə bilərlər. Həmçinin dərslikdə dörd rəngli qrafiklər və yeni interaktiv animasiyalar da mövcuddur.

Kitab Azərbaycan dilinə Kəmalə Rüstəmova tərəfindən tərcümə edilib. Elmi redaktor Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Texniki Universitetinin rektoru iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev, layihənin rəhbəri i.ü.f.d., dosent Xəyaləddin Tağıyevdir.

766 səhifəlik “Riyazi analizlə orta səviyyəli MİKROİQTİSADİYYAT” (ingilis dilindən tərcümə) kitabı 2023-cü ildə “SOCAR Midstream Operations” MMC tərəfindən həyata keçirilib. Oxucu-istifadəçilər dərsliklə UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR