“Həftənin kitabı” layihəsi bu buraxılışını “İqtisadi siyasət. Nəzəriyyə və Praktika” (“Economic Policy. Theory and Practice”) kitabına həsr edir.
Kitabın müəllifləri Aqnes Benassi-Küer, Benua Köre, Pyer Jake, Jan Pizani- Ferridir.
Azərbaycan dilinə kitabı Füruzə Məmmədova, Elməddin Həsənov tərcümə edilib. Layihənin rəhbəri isə Ülkər Hüseynovadır.
Kitabda mövcud daxili və beynəlxalq siyasət problemlərinə işıq salmaq üçün faktlara əsaslanan təhlil, müasir iqtisadi nəzəriyyə və milli və beynəlxalq səviyyədə birinci dərəcəli siyasət təcrübəsindən unikal birləşmə təqdim edilib.
Müəlliflər Avropa və beynəlxalq qurumlardakı akademik və siyasətçi təcrübələrindən faydalanaraq, iqtisadi siyasətin bir sıra sahələrində - maliyyə siyasəti, pul siyasəti, beynəlxalq maliyyə, maliyyə sabitliyi, vergilər, uzunmüddətli böyümə və bərabərsizlik - məntiqi, dizaynı və tətbiqi haqqında dərin bir baxış təklif ediblər. Təcrübə, nəzəriyyə və qurumların qarşılıqlı əlaqəsini vurğulayan müəlliflər hər bir fəsli tarixi nümunələrlə başlayaraq, nəzəri yanaşmaların siyasətçilərə nə ilə üzləşdiklərini anlamalarına və həll yollarını müəyyən etmələrinə necə kömək edə biləcəyini göstəriblər. Müəlliflər iqtisadi siyasətə müsbət yanaşmanın (siyasətlərin iqtisadiyyata necə təsir etdiyi), normativ yanaşmanın (siyasətçilərin məqsədləri nə olmalıdır və onların fəaliyyətləri hansı meyarlara görə qiymətləndirilməlidir) və siyasi-iqtisadi məhdudiyyətlərin (ictimai müdaxilənin sərhədləri və maneələri hansılardır) fərqlərini vurğulayıblar. Onlar ən son akademik araşdırmalara əsaslanaraq, mətnin içində sadə dillə mexanizmləri izah etməklə yanaşı, texniki bölmələr təqdim ediblər.
Bu yeni nəşr Böyük Resepsiya, Avropa İttifaqı və Avrozonanın çətinlikləri, dövlət və özəl borcun gərginlikləri, inkişaf edən bazarların uğurları və çətinlikləri, əmək bazarlarında dəyişikliklər və bərabərsizlik məsələlərinə artan diqqət, sekulyar durğunluq və bunun konvensional və qeyri-konvensional pul siyasətinə təsirləri, maliyyə sektorunun yenidən tənzimlənməsi, dövlət və özəl sektorda borc yükünün artması kimi mühüm son inkişaflarla məlumatlandırılmışdır.
608 səhifəlik “İqtisadi siyasət. Nəzəriyyə və Praktika” (ingilis dilindən tərcümə) kitabı 2024-cü ildə “TEAS Press” nəşriyyat evi tərəfindən həyata keçirilib. Oxucu-istifadəçilər dərsliklə UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.