A

“Həftənin kitabı” bu buraxılışında “Mən ƏLİYƏM! (Əsgər haqqında hekayə)” kitabını təqdim edir.

Kitabın müəllifi Sürəyya-Xəlildir. Bu kitab şəhid Əlihüseyn Məmmədovun anası Arzu xanım tərəfindən UNEC kitabxanasına hədiyyə edilib.

Kitabda 44 günlük Vətən müharibəsi iştirakçısı, şəhid Məhəmməd Əlihüseyn Elşad oğlunun həyat yolundan söz açılır. Nəşrdə Əlihüseyn Məmmədova həsr olunmuş "Mən Əliyəm!" adlı povestlə yanaşı, valideynlərinin, iş və qrup yoldaşlarının xatirələri, şeirlər, həyatının müxtəlif dövrlərinə aid fotolar da yer alıb. Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Əlihüseyn Məmmədov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları təltif olunub. 

Mən ƏLİYƏM! (Əsgər haqqında hekayə)” kitabı 2022-ci ildə “Azərbaycan” nəşriyyatında çapdan çıxıb. Kitab 260 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 kitabxanasında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR