“Həftənin kitabı” layihəsi 2026-cı ilə “NÖVBƏTİ Gələcəyin qısa tarixi” (“NEXT A Brief History of the Future”) kitabının təqdimatı ilə start verir.
Kitabın müəllifi ABŞ-ın Maliyyə və Müdafiə Nazirliklərində çalışmış, “American Foreign Policy Council”-in İdarə Heyəti üzvü olmuş və “Israel Economic Forum”-un (IEF) ortaq təsisçisi və icraçı direktoru, eləcə də Orta Şərq məsələləri üzrə peşəkar mütəxəssis, sahibkar, yazıçı Avi Yorişdir (Avi Jorisch).
Kitabda gələcəyin müxtəlif aspektləri müasir texnologiyalar və sosial dəyişikliklər kontekstində araşdırılıb. Müəllif süni intellekt, robototexnika və gen mühəndisliyi kimi texnologiyaların cəmiyyət, iqtisadiyyat və sosial struktur üzərində yaratdığı potensial təsirləri geniş təhlil edib. Əsərdə gələcəkdə baş verə biləcək dəyişiklikləri anlamaq və onların müsbət təsirini artırmaq üçün akademik və strateji perspektivlər təqdim edilib.
Kitab ilk dəfə 2022-ci ildə “Gefen Publishing House LTD” nəşriyyatında çapdan çıxıb və “TEAS Press”-də əsərin bu orijinalı əsasında azərbaycancaya tərcümə edilib. Əsərin tərcüməçisi Vüsalə Zahirova, layihə rəhbəri Ülkər Hüseynovadır.
236 səhifəlik “NÖVBƏTİ Gələcəyin qısa tarixi” kitabı 2024-cü ildə “TEAS Press” nəşriyyat evində nəşr olunub. Oxucu-istifadəçilər dərsliklə UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.