A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “Halal iqtisadiyyat” kitabını təqdim edir.

Dərs vəsaiti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən birgə hazırlanıb. Layihənin koordinatoru İİTKM-in şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovdur. Kitab İİTKM-in icraçı direktoru, professor V.Ə.Qasımlının redaktorluğu ilə ərsəyə gəlib.

Kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və bununla bağlı çağırışlar, Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri və s. kimi məsələlər ətraflı təhlil edilib, bu istiqamətdə qarşıda dayanan məqsəd və vəzifələr göstərilib.  

“Halal iqtisadiyyat” kitabı 2024-cü ildə “Azprint” mətbəəsində çapdan çıxıb. Dərs vəsaiti 230 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay