A

24/7 kitabxananın təqdim etdiyi “Həftənin kitabı” layihəsinə yenidən start verilir.

Layihə çərçivəsində oxuculara “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabını təqdim edirik.

Kitabda Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsinin bütün mərhələləri və qazanılan şanlı qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Həmçinin Birinci Qarabağ Müharibəsi, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti, milli ordu quruculuğu, Prezident İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətləri təhlil edilib. Eləcə də Azərbaycanın qədəm qoyduğu postmüharibə dövrü Qarabağın sosial-iqtisadi inkişaf mərhələsi şərh edilib. Kitaba tarixçi alimlərin, hərbiçilərin, millət vəkillərinin, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib. 

Xatırladaq ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərimizin ildönümünə həsr olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimatında iştirak edən UNEC rektoru professor Ədalət Muradov kitabın gənclər, xüsusilə də gələcək nəsillər üçün tarixi əhəmiyyətli xəzinə olduğunu vurğulayıb.

Qeyd edək ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutunun ortaq nəşridir. Layihənin rəhbəri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, elmi redaktoru tarix elmləri doktoru, dövlət mükafatı laureatı, professor Kərim Şükürlüdür.

444 səhifəlik “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı “Şərq - Qərb” nəşriyyatında 2021-ci ildə çapdan çıxıb. Oxucular kitabı UNEC-in kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay