A

“Həftənin kitabı” layihəsi bu dəfə “Vətən müharibəsinin tarixi-siyasi dərsləri” kitabını təqdim edir.

Kitabın müəllifi millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadədir.

Kitab Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı tarixi qələbəsinin araşdırılmasına və postmüharibə dövrünə həsr edilib. Bu kitabda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin tarixi, süni Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və onun Azərbaycan dövlətinin hesabına inkişafı, erməni millətçilərinin tarixi Azərbaycan torpaqlarına əsassız iddiaları, keçmiş SSRİ rəhbərliyinin ermənilərə siyasi dəstəyi, eləcə də Birinci Qarabağ müharibəsinin tarixi, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə münasibəti, problemin həlli üçün ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin faktlarla geniş təhlili verilib.

Kitabda Vətən müharibəsinin gedişi və tarixi Zəfər, postmünaqişə dövrünün xarakteristikası, Azərbaycanın hərbi uğurunun, Ermənistanın isə kapitulyasiyasının səbəbləri də əsas istiqamətlər kimi yer alıb. Həmçinin, Böyük Zəfərin əldə edilməsində qardaş Türkiyənin dəstəyinə də yüksək siyasi qiymət verilib, torpaqların azad edilməsinin Azərbaycanın qanuni milli maraqlarının təmin olunması  baxımından əhəmiyyəti araşdırılıb.

280 səhifəlik “Vətən müharibəsinin tarixi-siyasi dərsləri” kitabı 2022-ci ildə “Azərbaycan Nəşriyyatı”nda çapdan çıxıb. Oxucu-istifadəçilər əsəri UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay