A

“UNEC-də 1 gün” layihəsinin növbəti iştirakçıları Bakının 264 saylı məktəb-liseyin yuxarı sinif şagirdləri UNEC-in 2 saylı tədris binasında olublar.

Abituriyentlərlə görüşən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Elçin Eyvazov onlara fakültə və ixtisaslar barədə ətraflı məlumat verib. Həmçinin UNEC-in xarici universitetlərlə ikili diplom, UDİD, minor, beynəlxalq mübadilə proqramları, xüsusi təqaüd imkanları və digər üstünlüklərindən danışıblar. Görüşdə abituriyentləri maraqlandıran suallar da cavablandırılıb.

Sonra abituriyentlər üçün infotur təşkil olunub. Onlar müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, kitabxana, idman zalı, tələbə yeməkxanası, eləcə də universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.

QEYD: “UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay