UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Heydər Əliyev irsi: 100 müzakirə” silsiləsindən növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə UNEC Kitabxana-İnformasiya Mərkəzinin (KİM) direktoru Adilə Abdullayeva açaraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən, həyata keçirdiyi islahatlardan danışıb. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ XX əsrin 60-cı illərində ləğv edilmiş 500 kənd kitabxanasının bərpasından, regionlarda kitabxanaların inkişafı üçün ali təhsilli kadr hazırlığında növbədənkənar qəbul yerlərinin artırılmasından, 70-80-ci illərdə kitabxana sistemlərinin mərkəzləşdirilməsindən, kitab fondlarının yerli və xarici nəşrlərlə zənginləşdirilməsindən, ölkədə ilk dəfə “Kitabxana işi haqqında” Qanunun qəbul edilməsindən bəhs edib.
UNEC KİM-in 3 saylı kitabxanasının müdiri Nərminə Abdullayeva Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif sahələrin tərəqqisinə olan müsbət təsirini qeyd edərək Heydər Əliyev irsinin elmi tədqiqat obyekti kimi daim araşdırılaraq təbliğ olunması barəsində danışıb, Azərbaycanda bununla əlaqədar mövcud 7974 nəşrin tarixi-xronoloji aspektdən nəşr növü, dillər üzrə paylanması və s. kimi xüsusiyyətlərə görə təsnifini verib, mövzuya dair 16 dissertasiyanın mövcudluğu barədə məlumat bildirib.
Əsaslı kitabxananın müdir müavini Yusif Musayev Heydər Əliyevin 100 illiyi münasibətilə UNEC Kitabxanalarında görülən işlərdən bəhs edib.
Çıxışların ardınca tədbir əməkdaşların qarşılıqlı müzakirəsi şəraitində davam edib.