A

“Naxçıvan” Universitetinin kitabxanasının müdiri Emelya Süleymanova UNEC Kitabxana-İnformasiya Mərkəzində təcrübə mübadiləsində olub.

UNEC ilə “Naxçıvan” Universiteti arasındakı əməkdaşlıq çərçivəsində İqtisad Universitetində olan Emelya xanım mərkəzin rəqəmsal və ənənəvi resursları, yeni elektron xidmətlər, abunə olunan beynəlxalq məlumat bazaları və onların iş prinsipləri ilə tanış olub. Həmçinin kataloqlaşdırma, biblioqrafiya şöbəsində kitabların elmi-texniki işlənməsi, RFID çiplərinin vurulması, resursların kataloqlaşdırılması, eləcə də elektron kitabxananın (https://library.unec.edu.az/) müəllim-tələbə kabinetinə inteqrasiyası və rəqəmsal universitet modelinə uyğunlaşdırılması barədə məlumatlandırılıb.

Mübadilə çərçivəsində UNEC-in 1 saylı və 24/7 kitabxanalarında oxucularla işin təşkili, açıq rəfdən istifadənin özəllikləri, UNEC KİM-in həyata keçirdiyi layihələr, yerli və beynəlxalq resurslarla xidmətin üstünlükləri, dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlığın təşkili, elektron sənəd mübadiləsi barədə tərəflər arasında fikir mübadiləsi aparılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay