A

UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dos. Raqif Qasımov və UNEC Biznes məktəbinin direktoru dos. Nazim Hacıyev universitetlərarası əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Çinin Hebei Universitetinə ezam olunublar.

Səfər çərçivəsində UNEC nümayəndələri hər iki universitet arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Hebei İqtisadiyyat və Biznes Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələrinin müasir texnologiyaların tətbiqi sahəsindəki biliklərini daha da genişləndirmək məqsədilə onlara “Süni intellekt” və “Data analitika” üzrə nəzəri və praktiki dərslər keçiblər.

TOP XƏBƏRLƏR