UNEC Dizayn məktəbində 20 Yanvar - Ümumxalq Hüzn Gününün otuz beşinci ildönümünə həsr olunan seminar keçirilib.
Təbdirdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova tədbiri açıq elan edərək, 20 Yanvar faciəsinin Ümumxalq Hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdiyi gün olduğunu bildirib. O, həmin dövrdə baş vermiş qanlı cinayətləri, Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində 20 Yanvar facəsinə hüquqi qiymət verildiyi barədə faktları iştirakçıların diqqətinə çatdırıb.
“Dizayn” kafedrasının müdiri dos.Elfanə Qasımova isə çıxışında 20 yanvar faciəsinin xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qaldığını vurğulayıb..
Sonra kafedranın müəllimi Nərminə Namazova 20 Yanvar faciəsinin milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu, xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi gün olduğu ilə bağlı təqdimatla çıxış edib.