UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departameninin (ÜFTTD) “Humanitar fənlər” kafedrasının təşkilatçılğı ilə “20 Yanvar tariximizin qəhrəmanlıq salnaməsidir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan kafedra müdiri, prof.Vəkil Həsənov bildirib ki, 20 Yanvar hadisələrindən 35 il keçir, Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olub.V.Həsənov qeyd edib ki, xalqımız bu hadisələr zamanı şəhid olanların xatirəsini unutmur, onlar tariximizə azadlıq mübarizəsinin qəhrəmanları kimi daxil olublar. Dəyirmi masanın iştirakçılarından professorlar Nizami Süleymanov, Məhəbbət Paşayeva, dos.Telman Niftaliyev çıxış edərək 20 Yanvar hadisəsi haqqında fikirlərini bildiriblər.
Çıxışlarda Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə siyasi qiymət verməsi məsələlərinə geniş yer verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində həyata keçdiyi layihələr ətraflı müzakirə olunub.