20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr faciə zamanı şəhid olmuş UNEC-in tələbəsi Əbilhəsənov İlqar Yusif oğlunun oxuduğu və adını daşıdığı Nəsimi rayonundakı 42 saylı tam orta məktəbdə ucaldılmış abidəsini ziyarət edib və qarşısına gül dəstələri düzüblər.
Allah şəhidlərimizə rəhmət eləsin!