UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr edilən dəyirmi masa keçirilib.
Dəyirmi masada fakültə dekanı Dr. Yusif Əliyev, dekan müavini Cavahirxanım Məmmədova, "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimləri iştirak ediblər.
Dəyirmi masada vətən yolunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, xalqın milli azadlığı, müstəqilliyi uğrunda Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri barədə geniş məlumat verilib. Çıxış edənlər 20 Yanvar faciəsini Azərbaycan xalqının müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda apardığı mübarizəyə qarşı sovet imperiyasının o vaxtkı rəhbərliyinin törətdiyi insanlığa yaraşmayan hərbi müdaxilə, cinayətkar basqın kimi dəyərləndiriblər. Heç vaxt unudulmayacaq bu qanlı hadisəni həm də xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin şanlı tarixi kimi səciyyələndirilib.