A

Moskva Dövlət Qida İstehsalı Universitetinin təşəbbüsü ilə UNEC-də təlimlər başa çatıb.

20 sentyabr-06 oktyabr tarixinədək keçirilən təlimlərdə “Peşəkar problemlərin həllində VR-AR texnologiyaların tətbiqi”, “Peşəkar fəaliyyətdə texnoloji avadanlıqların 3D modelləşdirilməsindən istifadə” və “Texnosfer təhlükəsizliyinin idarə olunmasına müasir yanaşmalar” mövzularında tərtib olunmuş proqramlar üzrə ödənişsiz təşkil olunub.

Kurslar 2 modul üzrə aparılıb. 20-27 sentyabrda Webinar.ru platformasında onlayn formatda və 04-06 oktyabrda əyani formada praktik tapşırıqların icrası və yekun attestasiyadan ibarət olub.

Təlimlərdə UNEC-in Mühəndislik və Rəqəmsal İqtisadiyyat fakültəsinin müəllimləri iştirak ediblər. Təlimin sonunda iştirakçılara Moskva Dövlət Qida İstehsalı Universtitetinin prorektoru dosent İrina Danilçenko və UNEC-in Tədris və təlim işləri üzrə prorektoru dosent Gəray Musayev tərəfindən sertifikatlar təqdim olunub.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay