A

Clarivate şirkətinin Web of Science platforması tərəfindən “2022-ci ilin Yüksək İstinadlı Tədqiqatçıları”nın (Highly Cited Researchers- HCR) siyahısı açıqlanıb.

Siyahıda Clarivate 6938 şəxsə verilən 7225 Yüksək İstinadlı Tədqiqatçı statusunu elan edib. HCR təyinatlarının sayının fərdlərin sayından yüksək olması bəzi tədqiqatçıların 1-dən çox elm (ESI) sahəsində reytinq qazanmış olması ilə bağlıdır.

Web of Science siyahıdakı tədqiqatçıların öz tədqiqat sahələri üzrə lider olduqlarını bildirib. Yüksək İstinadlı Tədqiqatçıların siyahısı ilk dəfə təxminən 10 il əvvəl elan olunub.

2022-ci ilin Yüksək İstinadlı Tədqiqatçıları təxminən 70 ölkə və regionu təmsil edir. Onlardan 82,9%-i yalnız  ilk 10-luqdakı, 71,4%-i isə ilk beşlikdəki ölkələrdən olan şəxslərdir. Siyahıda seçilən tədqiqatçıların 1/3-dən çoxu ABŞ-ın payına düşür. Türkiyədən 6 nəfər, İrandan 9 nəfər, Rusiyadan isə 3 nəfər elmi tədqiqatçı həmin siyahıda yer alıb.

Siyahıya İqtisadiyyat və biznes sahəsi üzrə 92 nəfər, Mühəndislik üzrə 153 nəfər, Kömpüter elmləri üzrə 115 nəfər tədqiqatçı daxil edilib.

İqtisadiyyat və biznes sahəsi üzrə ən çox istinad edilən tədqiqatçılardan bir neçəsini təqdim edirik:

Andrei Shleifer (ABŞ, Harvard Universiteti) “Law and finance” adlı məqalə- 43652 istinad (https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=139134)

Nicholas Bloom (ABŞ, Stanford Univeristeti, ümumi istinad sayı- 16,254) “Quarterly Journal of Economics” jurnalında dərc olunan Measuring Economic Policy Uncertainty  adlı məqalə -2936 istinad

Aguılera Ruth (ABŞ, Northeastern Universitetiümumi istinad sayı - 9282Putting the S back in corporate social responsibility: A multilevel theory of social change in organizations adlı məqalə - 1636 istinad

John Van Reenen (Birləşmiş Krallıq, London İqtisadiyyat və Siyasi Elmlər məktəbi- ümumi istinad sayı- 13,997) Measuring and explaining management practices across firms and countries adlı məqaləsi -1155 istinad

Dean Shepherd  (ABŞ Notr Dam Universiteti, ümumi istinad sayı - 21,026)  Entrepreneurial orientation and small business performance: a configurational approach adlı məqalə- 1398 istinad

Knowledge-based resources, entrepreneurial orientation, and the performance of small and medium-sized businesses adlı məqalə- 1248 istinad.

 Mənbə:

  1. https://clarivate.com/highly-cited-researchers/
  2. https://clarivate.com/highly-cited-researchers/analysis/
  3. https://clarivate.com/highly-cited-researchers/?action=clv_hcr_members_filter&clv-paged=1&clv-category=Economics%20and%20Business&clv-institution=&clv-region=&clv-name=&utm_medium=website&utm_source=HCR

Hazırladı:
Abdullayeva Nərminə
UNEC Kitabxana-İnformasiya Mərkəzi
3 saylı kitabxananın müdiri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay