A

UNEC-in 90 illik yubileyi çərçivəsində Magistratura Mərkəzinin təşkilatçılığı ilə NLP sahəsində fərdi inkişaf üzrə mütəxəssis, tanınmış psixoloq Babək Bayramovla onlayn görüş keçirilib.

Magistratura mərkəzinin müəllim və tələbələrinin qatıldığı görüşdə Babək Bayramov “Distant təhsilə magistrantların psixoloji adaptasiyası” mövzusunda çıxış edib. O,imtahanlara hazırlıq ərəfəsində tələbələrin qarşılaşdıqları psixoloji problemlərdən danışıb və onların aradan qaldırılması yollarını açıqlayıb.  Psixoloq magistrantlara psixoloji stressdən azad olma, psixoloji gərginliyi aradan qaldırılmaq istiqamətində əməli tövsiyələr də verib.

Görüşün sonunda Magistratura mərkəzinin direktoru, professor Qabil Manafov tələbələrlə imtahanöncəsi psixoloji dəstək istiqamətində görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və mütəmadi olaraq təşkil olunmasının vacibliyini bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay