A

azedu.az

“UNEC  iyunun 19-da 90 yaşını qeyd edəcək.

Karantin rejimi yubileyin keçirilməsinə də öz təsirini göstərir.  Geniş miqyaslı toplantı keçirməyi planlaşdırmırıq, lakin müəyyən hazırlıqlar etmişik. Universitetin 90 il ərzində keçdiyi yolu əks etdirən kitab hazırlanıb. Bir neçə kitab nəşr olunacaq burada UNEC-in professorları, rektorları və məzunları haqda informasiyalar əks olunub”.

AzEdu.az xəbər verir ki, bu sözləri  UNEC-in rektoru Ədalət Muradov İTV-nin pressinq verilişində səsləndirib. O, həmçinin yeni tikilən kampus üçün BP-yə təşəkkür etdi:

“Ən vacib yenilik isə universitetin yeni kampusunun tikilməsidir. Yeni kampus ən geci iyunun 10-dək istifadəyə hazır olacaq. Kampus 4 korpusdan ibarətdir. Fürsətdən istifadə edib BP şirkətinə təşəkkür edirəm. BP Qida mühəndisliyi ilə bağlı 3 laboratoriyanı təchiz edir. Yeni kampusda texniki-texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr oxuyacaqlar. Kampus 3000 tələbə üçün nəzərdə tutulub. İndidən “UNEC-100” adlı inkişaf strategiyası üzərində çalışırıq. Hədəfimiz dünyanın 500 ən yaxşı universiteti sırasına daxil olmaqdı”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay