TV1-in “Bakı vaxtı” proqramında enerji təhlükəsizliyi, regional və qlobal enerji rəqabəti, dayanıqlı inkişaf, enerji diplomatiyası, eləcə də Qaradəniz–Avrasiya regionunda strateji əməkdaşlıq perspektivləri kimi aktual mövzular müzakirə olunub.

Proqramda UNEC-in professoru Zahid Məmmədov ekspert qismində çıxış edərək sözügedən məsələlərlə bağlı fikirlərini bölüşüb. O, həmçinin Türkiyənin Rize şəhərində keçirilən Uluslararası Karadeniz Rize Ayder Forumunda iştirakı barədə məlumat verib. Professor forum çərçivəsində Qaradəniz və Avrasiya regionunun iqtisadi, enerji, siyasi və diplomatik gündəminin müzakirə edildiyini qeyd edib.

Proqramın videoyazısını təqdim edirik.

TOP XƏBƏRLƏR