A

azedu.az

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

Sentyabrın  3-də baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da  iştirak ediblər.

Yeni tədris korpusunda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev "Universitetlər üçün də nümunə olmalıdır" deyə bildirib. Birinci xanım Mehriban Əliyeva isə "İnsan lap yenidən tələbə olmaq istəyir..." fikrini diqqətə çatdırıb.

UNEC-in 3-cü korpusu  Azərbaycan təhsili üçün yeni perspektiv sayılacaq örnəklərdəndir. Yüksək səviyyəli infrastruktur və tədqiqat laboratoriyaları Azərbaycan ali təhsil sistemi üçün əsl yenilik sayılmalıdır. Texnologiya istiqamətli ixtisaslar üçün nəzərdə tutulan korpusdakı laboratoriyalar bu yöndə elmi tətdiqat aparmaq üçün çox vacib resurs rolunu oynayır.  

UNEC-in yeni tədris korpusunda BP Azərbaycan şirkətinin sponsorluğu ilə yaradılacaq 3 laboratoriya da fəaliyyət göstərəcək: Qida kimyası laboratoriyası; Qida texnologiyası laboratoriyası; Ekologiya laboratoriyası.

Bu laboratoriyalar bu ildən UNEC-də açılan yeni ixtisasların – Ekologiya mühəndisliyi və Qida mühəndisliyi ixtisaslarının tədrisinə yardım edəcək.

AzEdu.az UNEC-in yeni korpusundan hazırladığı reportajı təqdim edir:

UNEC-in  Fizika və Kimya kafedrasının müdiri, fizika elmləri doktoru, professor Rövnəq Rzayev bu möhtəşəm korpusda bizə əsl  bələdçilik edir. Professor hər bir detal haqqında ətraflı məlumat verir, bütün sualları ürəklə cavablayır. Reportajın yaxşı alınması üçün özü də hərdən fotoqrafımıza və bizə tövsiyələrini əsirgəmir:

“Hazırda UNEC-in Yasamal rayonu, Murtuza Muxtarov 194 ünvanında yerləşən tikintialtı sahəsi təxminən, 3000 kvm olan 4 korpusdan ibarət müasir kampus standartlarına cavab verən modern memarlıq elementləri ilə zəngin yeni tədris binasındayıq.

Bu kampusun yerində ötən əsrin əvvələrində  inşa olunan və istismar müddətini çoxdan bitirərək tam yararsız hala düşən UNEC-in 3 saylı tədris korpusu vardı. Lakin hörmətli rektor Ədalət Muradovun təşəbbüsü ilə 2018-ci ildən köhnə korpus sökülərək tarixi-memarlıq baxımından əvvəlki binanın fasadı saxlanılmaqla gördüyünüz bu möhtəşəm müasir standartlara cavab verən yeni kampus inşa olunaraq istifadəyə verildi.

Tədris binasındakı hər bir detal sanki həm də mükəmməl tələbəçilik  yaşamaq üçün nəzərdə tutulub. Doğrudur, burada xarici kampus və  nəhəng universitetlərin təcrübəsindən istifadə olunub və akademik tədris, elmi tədqiqatlar üçün zəruri olan bütün detallara xırdalığı ilə əməl olunub. Sanki hansısa əcnəbi universitetdən bəhs edən Arvopa, ya Amerika filmindəki universitetin həyətindəyik. Elə həyətdə bizi qarşılayan mavi hovuz da buna əyani sübutdur. Rövnəq müəllimi dinləyək:

“Burada eyni zamanda 3000 tələbənin təhsil alması üçün bütün lazımi şərait yaradılıb. Qeyd edim ki, yeni tədris ilindən istifadəyə verilən bu kampus UNEC-in 90 illik yubileyinə, eləcə də texniki və texnoloji ixtisaslarda təhsil alan tələbələrə böyük bir töhvə hesab oluna bilər.

Sentyabrın 3-də Azərbaycan prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva UNEC-in 3 saylı yeni tədris korpusunda iştirak ediblər və burada yaradılan şəraitlə yaxından tanış olublar.  Təhsil Naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov prezidentə və birinci xanıma görülən işlər barədə məlumat veriblər”.

Bunu mütləq görməlisiz

Rövnəq müəllimin müşayiəti ilə korpusun laboratoriya və auditoriyalarını bir-bir gəzirik.  Gördüklərimiz bizi bir tərəfdən sevindirsə də, digər tərəfdən təəssüfləndirir.  Təəssüfün isə sadəcə bir səbəbi var: Axı niyə biz belə bir yerdə tələbəlik həyatını yaşaya bilmədik?! Burada pafos adına qəti heç nə yoxdur! Sizi inandırıram ki,  tələbə adı ilə çoxdan vidalaşan şəxslər bu korpusu gəzsələr mütləq həmin təəssüfü yaşayacaqlar. Rövnəq müəllim isə canı qəlblə öz işindədir. Bizi laboratoriyalara dəvət edir. Oradakı  bahalı və tədqiqatlar üçün çox  faydalı  cihazları həvəslə bizə göstərir. Bəzilərinə yaxınlaşıb barəsində danışmazdan əvvəl deyir ki, gəlin sizə vacib cihazları göstərim. Onları mütləq görməlisiniz:

 “Cari tədris ilindən başlayaraq UNEC-də yeni təsnifat blanklarında tədris standartları Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. 9-u texniki və texnoloji ixtisaslar, biri isə təbiət elmləri blokunda olmaqla və ümumilikdə I ixtisas qrupuna daxil olan 10 ixtisas üzrə qəbul aparılacaq. Yeni açılan ixtisaslara Kommunikasiya sistemi mühəndisliyi, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter elmləri, Elektrik və elektronika mühəndisliyi, Qida mühəndisliyi, Maşın mühəndisliyi, Sənaye mühəndisliyi, Materiallar mühəndisliyi və Ekologiya mühəndisliyi ixtisasları aiddir”.

Reportaj zamanı kitabxanalardan başlayıb, idman zalına qədər gəzdik. Elə kitabxanadaca –bu, bizim bildiyimiz adi universitet kitabxanası deyil-Rövnəq müəllim korpusun bütün strukturunu bizim üçün cızdı:

“Yeni tədris binasında tam elektronlaşdırılmış 30 auditoriya, 6 mühazirə zalı, ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 14 laboratoriya: Qida kimyası və biokimya, Qida mikrobiologiyası, qida texnologiyası, Ekologiya, Fikiza 1, Fikiza 2, Kimya 1, Kimya 2, Elektronika, Elektrotexnika, Materialşünaslıq, Kommunikasiya sistemi mühəndisliyi, Maşın və sənaye mühəndisliyi tədris metodiki laboratoriyaları, eləcə də 3 dizayn studio otağı, 6 linqofon otağı, yeməkxanalar, idman zalı, üst qatı elektron-alt qatı dərslik və elmi ədəbiyyatlarla zəngin olan 2 mərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları mövcuddu

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay