A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) məzunları ilə “ISE Alumni Forum -2023” görüş keçirilib.

Tədbirin açılışında rəqəmsallaşma üzrə prorektor dos. Raqif Qasımov, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor vəzifəsini icra edən dos. İnara Rzayeva və Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri vəzifəsini icra edən dos. Xətai Alıyev çıxış edərək, məzun və tələbələrə məzun assosiasiyalarının əhəmiyyətindən danışıblar.

ISE məzunları Baba Abbasov və Nigar Vəliyeva görüşdə çıxış edərək, tələbəlik dövrü və hazırkı karyeraları barədə təcrübələrinin bölüşüblər.

Forumun ikinci günündə məzunlarla görüş hibrid formada keçirilib. Məzunlardan Əlixan Hüseynov, Sitarə Ağayeva və Arzu Tofiqli “Məzuniyyətdən əvvəl nə etməyi arzulayardım?” mövzusunda çıxış ediblər. “Məzuniyyət sonrası həyat: təhsil və karyera yolçuluğu” adlı ikinci görüşdə Aynur Nəbiyeva, Mirələm Əkbərli öz təcrübələrini tələbələrlə paylaşıblar. Sonuncu görüşdə isə dos. Xətai Alıyev və Türkan Hacıyevanın iştirakı ilə ISE məzunları arasında əlaqələrin gücləndirilməsi və məzun-tələbə əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı geniş müzakirə aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay