UNEC-in Biznes və menecment fakültəsində Müstəqillik Gününə həsr edilən seminar keçirilib.
Fakültənin tələbələrinin iştirak etdiyi seminarda Humanitar fənnlər kafedrasının professoru, tarix elmlər doktoru Nizami Süleymanov çıxış edərək, müstəqilliyimizin tarixi və bu günü barədə məlumat verib. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan naminə yorulmaz fəaliyyəti və onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.