A

UNEC Ömürboyu Təhsil Mərkəzi və ATL Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, UNEC və ATL Akademiyası “Məhsulun idarəolunması” (Product Management) sahəsi üzrə mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq edəcək.

Əməkdaşlıq çərçivəsində ilk olaraq, “Product Management School” layihəsi həyata keçiriləcək. Layihəyə əsasən, bu sahədə karyera qurmaq istəyən şəxslər üçün əmək bazarının tələbləri əsasında formalaşdırılmış tədris proqramı və təcrübəli təlimçilər tərəfindən təlimlər təşkil olunacaq. Əlavə olaraq, UNEC tələbələri üçün bu sahədə biliklərin artırılması və maarifləndirilmə yönündə seminarlar keçiriləcək. Proqramın məzunları ATL Akademiya və UNEC tərəfindən təsdiqlənmiş rəsmi sertifikat əldə edəcəklər. Sertifikatlar UNEC-in rəsmi bazasında öz əksini tapacaq.

Proqram ölkəmizdə ilk dəfə UNEC-də tədris olunacaq və ali təhsil müəssisəsi tərəfindən təsdiqlənmiş ilk “Product Management Proqramı” olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay