×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-ee61b489ebeb99be5334a4ab4204b7ed.php silmək alınmadı


A

İsveçrə Konfederasiyasının Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi sayılan HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin 12 tələbəsi UNEC-də təcrübə proqramında iştirak edir.

"Azərbaycanda isveçrəli şirkətlər üçün bazar və biznes mühitinin müəyyən edilməsi və İsveçrə bazarı üçün Azərbaycan nə vəd edir?” adlı intensiv təcrübə proqramı sentyabrın 18-dən 29-dək davam edəcək.

Proqramın ilk günü isveçrəli tələbələr UNEC-in əsas tədris binasında I kurs tələbələri üçün təşkil olunan Oryientasiya günündə iştirak ediblər. Həmçinin 24/7 kitabxana, Ekstern Mərkəzi və Karyera Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Sonra UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı tələbələrə "Azərbaycana makro iqtisadi baxış" mövzusunda təlim keçib.

TOP XƏBƏRLƏR