A

Türk Dünyası İqtisad Fakültəsi, Tələbə Elmi Cəmiyyəti Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpa Olunması Günü və Türk Dövlətlərinin Əməkdaşlığı Günü ilə bağlı tədbir keçirilib.  

Tədbirdə Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof.Dr.Mehmet Yüce bu günün dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli bir mərhələnin başlanğıcını qoyduğunu, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası baxımından böyük önəm kəsb etməsini qeyd edərək, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirdə Türk Kültürü ve Mirası Vakfı Proje müdiri  Nuri Aksu, onlayn bağlantı ilə Ankara Hacı Bayram Veli Universiteti İİBF dekanı Prof.Dr.Fırat Pürtaş, fakültənin müəllimi Nəriman Xanəhmədov çıxış ediblər.

Tədbirdə Cəbrayılın işğaldan azad ediməsi qeyd olunub və videoçarx nümayiş edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay