A

Azərbaycan Respublikasının Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasındakı üçtərəfli əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Dövlət sektorunda audit” təlim proqramı layihəsi uğurla tamamlanıb.

Bu məqsədlə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Hesablama Palatasında fəaliyyətə cəlb olunan UNEC-in Maliyyə və Mühasibat fakültəsinin məzunları və onların valideynlərinin iştirakı ilə universitetdə tədbir keçirilib.

Tədbirdə çıxış edən rektor professor Ədalət Muradov Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təşəbbüsü ilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. Uğurla tamamlanan layihənin ölkəmizdə müasir tələblərə cavab verən mütəxəssis hazırlığı istiqamətində dövlət orqanı ilə universitetin ilk yeni və uğurlu əməkdaşlıq forması olduğunu bildirib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov uğurlu əməkdaşlığın nəticəsi olaraq, Maliyyə və Mühasibat fakültəsinin layihədə ən yüksək nəticə göstərmiş 13 nəfər məzununun və 1 nəfər magistr tələbəsinin Hesablama Palatasında müxtəlif struktur bölmələr üzrə fəaliyyətə cəlb olunduğunu qeyd edib. Vüqar Gülməmmədov layihədə ən yüksək nəticə göstərmiş UNEC məzunlarını təbrik edərək, onlara tövsiyələrini verib.

Sonra Hesablama Palatasının sektor müdiri Ramal Əzizov “Dövlət sektorunda audit” Təlim proqramı layihəsi ilə bağlı təqdimatla çıxış edib.

Sonda məzunlar və valideynlər  Hesablama Palatasının və UNEC-in rəhbərliyinə məzunlar üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay